Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-11 17:26:00
Qonşu ölkələrə nüvə silahının atılması Azərbaycana təsir edə bilər-Professor

 

 

“Elə nüvə silahı atıla bilər ki, yer kürrəsinin taleyi sual atında qalar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamsında  professor, AMEA-nın həqiqi üzvü Adil Qəribov deyib.

 

Belə ki, Ukrayna ilə müharibə çərçivəsində Rusiya prezidenti Vladimir Putin nüvə silahlarının hazır vəziyyətə gətirilməsi haqqında tapşırıq verib. ABŞ və digər NATO ölkələri isə belə təhdidin olacağı təqdirdə Rusiyaya nüvə silahı ilə cavab veriləcəyini qeyd edib.

 

Rusiya Azərbaycana qonşu ölkə olduğu üçün ona nüvə silahının atılması ölkəmizə də təsir edəcəyi ilə bağlı fikirlər mövcuddur.

 

Adil Qəribov məsələyə münasibətini bildirib:

 

“Rusiya böyük nüvə silahı və başlıqlarına malikdir. Ukraynanın da çirkli bomda hazırlamaq imkanları var. Bu dövlətin nüvə obyektlərinin ikisi Rusiyanın nəzarəti altındadır. Digərləri isə istifadəyə yararlıdır. Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik ekspertləri bu məsələyə nəzarət edirlər. Ona görə də ciddi problemin yaşanması ehtimalı çox aşağıdır. Putin  çıxışında qeyd edib ki, nüvə silahları hazır vəziyyətə gətirilsin. Belə ki, Rusiya dünyanın nüvə başlıqlarının 50 faizinə ev sahibliyi edir. Ölkə istənilən halda dünyanın başqa məkanı üçün nüvə təhdidi yarada bilər. Bunun nəticəsi heç də yaxşı olmayacaq. Lakin bu kimi halın baş verəcəyinə inanmıram”.

 

Professor nüvə silahının atılmasnın planetimiz üçün böyük faciə olcağını qeyd edib:

 

“Hazırda istehsal olunan nüvə silahları çox güclü təsirə malikdir. Onlar Xorasima və Naqasakiyə atılmış bombalardan belə güclü və təsiri 100 dəfələrlə çoxdur. Bizə yaxın ərazilərə nüvə silahı  atılsa, bu, ölkəmizzə təsirsiz keçməyəcək. Çünki radioaktiv izatoplar hava vasitəsi ilə daşına bilir. Amma bunun ehtimalı hazıda yoxdur. Ukrayna çirkli bomba atarsa, bu region üçün yox, lokal olaraq təsir edə bilər.

 

Nüvə silahlarının atılmasında ərazi faktoru da var. Bu, elə yerə atıla bilər ki, heç əhali olmasın, lakin elə regiona düşə bilər ki, milyonlarla insanın ölümünə səbəb yaratsın. Hətta elə nüvə silahları atıla bilər ki, yer kürrəsinin taleyi belə sual altına düşər. Nüvə silahının istifadəsindən sonra da burada radiaktiv maddələr qalır və bu, da canlı yaşama mənfi təsirlər göstərir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları