Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 17:06:00
Qalmaqallı sualla bağlı DİM-dən RƏSMİ açıqlama

6 mart tarixində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanı keçirilib. Bu imtahanın ingilis dili blokunun oxu mətnində açıq tipli test tapşırığında abituriyentdən “a consequence” sözünə yaxın mənalı sözü yazmaq tələb olunur.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, bu test tapşırığı qoyulmuş tələblərə uyğundur.

 

Belə ki, bu söz 9-cu sinif ingilis dili dərsliyində (2020-ci il nəşri) qeyd olunub. Həmin dərslik isə Dövlət İmtahan Mərkəzinin çap etdiyi abituriyent jurnalının 1-ci nəşrində (2022-ci il) ədəbiyyat siyahısında qeyd olunub. Bu onu göstərir ki, imtahan sualının hazırlanmasında proqramdan kənar material istifadə olunmayıb. Bu söz eyni zamanda 10-cu sinif dərsliyində (səh.208) birləşdirici sözlər siyahısında da verilib. Həmin dərslikdə istifadə olunan “consequently” sözü birbaşa olaraq “nəticədə” mənasını verir və heç bir ikinci mənanı bildirmir. Bu da test tapşırğının dərslikdən və proqramdan kənar istifadə olunmadığını göstərir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları