Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 14:29:00
Buraxılış imtahanında DİNLƏMƏ PROBLEMİ-Şagirdlər cavablandırmaqda çətinlik çəkir

“Buraxılış imtahanlarında  İnglis dili üzrə salınan testlərin tərtibatı dəyişməlidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Astara rayonu, Şahağac kənd tam orta məktəbin ingilis dili müəllimi Babək Rzayev deyib.

 

Belə ki, 5 və 6 mart tarixində keçirilən buraxılış imtahanlarında inglis dili üzrə dinləmə mətninin cavablandırılmasında bir çox abituriyentlərin çətinlik çəkdiyi ürəli sürülür.

 

Babək Rzayev məsələ ilə bağlı fikilərini bildirib:

 

“İnglis dili üzrə qrammatik suallar çox asan idi. Ötən il də bu proses baş vermişdi. Belə ki, şagirdlər keçən il də qrammatikanı  cavablandırmaqda çox böyük problem yaşamayıblar. Məntlə bağlı suallar da normal səviyyədə idi. Lakin dinləmə ilə bağlı test tapşırıqları çətin şəkildə salınmışdı. Müəllim olaraq bu suallar mənə də maraqlı idi. Öz şagirdlərim də əvvəlki illərdə bu məsələ ilə üzləşib və çətinlik yaşayıblar. Çünki dinləmə hər zaman digər sullara nisbətən çətin olur. Burada sualların çətinlik səviyyəsi də nəzərə alınmalıdır. Testlərin tərtibatı dəyişməlidir. Asan suallar qrammatikaya verilir, ağır səviyyəli suallar isə dinləmə mətninə salınır. Belə olduqda şagirdlər normal olaraq bunu cavablandıra bilmirlər. Burada texniki problemlər də qeydə alınır. Ötən il Astara rayonunda  texniki problem olmuşdu, şagirdlər şikayət edirdilər ki,  səs exo verdiyi üçün dinləmə mətnini anlaya bilmədik. Bəzən dili başa düşməmək kimi hallar qeydə alınır,  bəzən isə texniki problemlərə görə səsi aydınlaşdırmaq mümkün olmur. Texniki problemi hətta ana dili inglis dili olan şəxs də gəlsə. anlaya bilməyəcək. Bu kimi problemlər təəssüflər olsun ki, qeydə alınır. Bizim rayonda buraxılış imtahnları ayın 12-13-ü keçiriləcək. Şagirdlərimdə artıq psoxoloji olaraq gərginlik yaranıb və onlar qeyd edirlər ki, biz sualları cavablandıra bilməyəcəyik. Onlar deyirlər ki,  dinləməni anlamaqda çətinlik yaşayacayıq. Onlar bu mövzudan ümidini kəsiblər. Baş verən hadisələr də onlara təsir edir. Amma arzu edirəm ki, bu kimi hallar bizdə baş verməsin. Düşünürəm ki, qrammatik suallar çətinləşməli, dinləmə isə asan səviyyədə salınmalıdır. Hətta bu imtahanda elə sözlər seçilib ki, onlar orta məktəbdə belə az rast gəlinir. Mən demirəm ki, şagirdlərin hamısı 5 dinləmə mətninin hamısını yazsın, bu mümkün də olmayacaq,  lakin yaxşı və orta bilən şagird 4 və 5 sualı cavablandıra bilər. Bizdə yüksək bilən 4 sualı düzgün yazır, orta səviyyəli şagirdin isə şansı qalmır. Düşünürəm ki, dinlənmə sualları asanlaşdırılmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları