Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-22 12:13:00
Putinin  sirr və müəmmalarla  dolu təhsil həyatı-Rektor köməkçisi işləyib-VİDEO

Son günlər dünyanın əsas diqqəti Rusiya ilə Ukrayna arasında gərginliyə yönəlib.

 

Belə vəziyyətdə isə insanların ən çox diqqətini çəkən şəxslərdən biri də Rusiya prezidenti Vladimir Putindir.

 

AzEdu.az Rusiya lideri Vladimir Putinin təhsil həyatını təqdim edir:

 

Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Rusiyanın Leninqrad şəhərində anadan olub.  

 

Kremlin verdiyi məlumatlara görə Putinin heç də yaxşı məktəb həyatı olmayıb.

 

 

Təhsilinin ilk illərində, o, dərslərə çox meyil göstərə bilməyib. Hətta bəzi müəllimləri ilə mübahisələrinin yaşandığı belə rəsmi sənədlərlə təsdiq olunub.

 

Rus liderin müəllimləri onun qiymətlərini orta olaraq dəyərləndirir.

 

Ən çox sevdiyi fənlər arasında tarix və Alman dili yer alır. Alman dilinə olan həvəsi onun gələcəkdə Almaniyada agent olaraq çalışmasına da böyük yardım göstərib.

 

Lakin 6-cı sinifdən dərslərinə daha ciddi yanaşan Putin müəllimlərinin köməyi ilə təqaüd almağı bacarıb.

 

 

Artıq fənləri daha yaxşı mənimsəyən Putinin məqsədi hüquqşünas olmaq idi.

 

O, 1975-ci ildə Leninqrad Dövlət Universitetinin (LDU) Hüquq fakültəsindən məzunu oldu.

 

 

Onun hüquq təhsilinə ciddi yanaşdığını görən Sovet Təhlükəsizlik Xidməti (KKB) onu öz sıralarında görmək istədiyini bildirib.

 

Beləliklə də, Putinin həyatı bu nöqtədən dəyişdi. O, Alman dilini mükəmməl şəkildə öyrəndi. 1985-ci ildə Almaniyaya gedərək orada KKB agenti olaraq çalışmaya başladı.

 

Leninqrada qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinin rektorunun köməkçisi kimi çalışıb.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları