Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-20 10:58:00
Yapon alimlər Tutanxomonun xəncəri barədə tədqiqatlarını ictimaiyyətə təqdim ediblər

Yaponiyanın Çiba Texnoloji Universitetinin alimləri Misir fironu Tutanxomonun sərdabəsindən tapılmış xəncər barədə tədqiqatlarının nəticələrini ictimaiyyətə təqdim ediblər.


AzEdu.az xəbər verir ki, xəncərin, çox güman ki, başqa ölkədə hazırlandığı bildirilir. Bu, həmin artefaktın mənbəyini və istehsal üsulunu öyrənmək üçün aparılan kimyəvi analizdən sonra məlum olub.


Bildirilir ki, xəncərin dəstəyinin hazırlanması üçün istifadə edilən yapışqan indiki Türkiyə ərazisində yerləşmiş Mitanni krallığında istifadə edilən yapışqanla oxşarlıq təşkil edir.


Tədqiqatçıların rəyinə görə, qədim Misir əlyazmalarında xəncərin Tutanxomonun babasına hədiyyə olaraq təqdim edildiyi qeyd olunur.


Xəncəri tədqiq edən İtaliya alimləri 2016-cı ildə onun meteorit dəmirindən hazırlandığını təsdiq ediblər.
Yapon tədqiqatçılar da kimyəvi analizin xəncərin meteoritə xas nadir elementlərdən hazırlandığını təsdiq etdiyini bildirirlər. Həmçinin analiz xəncərin aşağı temperaturda, tam əriməmiş dəmirdən döyüldüyünü təsdiq edir.

 

Azərtac