Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-20 10:29:00
İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir

İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir.


AzEdu.az xəbər verir ki, krallığın hökuməti artıq müvafiq qanun üzərində danışıqlar aparır.


Daha əvvəlki illərdə İsveçin Təhsil Nazirliyi təhlükəsiz və rahat təhsil alma qaydalarını təmin etmək üçün yeni xüsusi mialli strategiya qəbul edib. Strategiyaya əsasən təhsildə müşahidə olunan bir sıra problemlər səbəbindən mövcud məktəb haqqında qanununa dəyişikliyin labüd olması vurğulanıb.
Təklif edilən yeniliklərdən biri də şagirdlərin dərs zamanı telefonlardan yalnız müəllimin göstərişi ilə maarifləndirmə məqsədilə istifadə edə bilməsi qaydasıdır. Buna əsaslanan İsveç hökuməti mövcud qanuna müvafiq dəyişiklik edərək bu qaydanı rəsmiləşdirməyə qərar verib.

 

Azərtac