Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-18 19:26:00
MİQ-də olan yeniliklərlə bağlı DİREKTOR YANAŞMALARI

Məlum olduğu kimi müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında bir sıra yeniliklər tətbiq olunub. Yeniliklər müəllimlər və müəllim olmaq istəyənlər tərəfindən həm müsbət, həm də mənfi rəylərlə qarşılandı. Bəs, məktəb direktorları bu yeniliklər barədə nə düşünür?

 

Məktəb direktorlarının fikirlərini təqdim edirik.

 

Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbinin direktoru  Kamal  Musayev:

 

"Bu proses getdikcə daha da təkmilləşdirilir. İmtahan müddətinin uzadılması və 100 ballıq qiymətləndirmə sisteminin tətbiq edilməsi imkan verəcək ki, namizədlər daha sərbəst olsunlar və vaxt azlığından dolayı onların öz imkanlarından istifadə edə bilməmək kimi bir problemlə qarşılaşmasınlar. Müəllimlik elə bir peşədir ki, bəzən burada hər hansı təlimata yaxud qanunvericiliyə deyil, pedaqoji təcrübəyə əsaslanırıq. Buna görə də müəllimlərin metodiki bacarıqları şagirdlərlə tədris prosesində daha da təkmilləşir.

 

Qusar rayonu Yuxarı Ləyər kənd orta məktəbinin direktoru Oqtay Məmmədov:

 

"Son illərdə müddətsiz əmək müqaviləsi ilə işə yeni qəbul olunan müəllimlər, xüsusilə ucqar kəndlərdə çalışanlar həmin tədris ili ərzində keçirilən yerdəyişmədə iştirak edərək onlarayaxın və ya dərs saatı çox göstərilən məktəbləri vakansiya seçimi zamanı seçirdilər.  Bu da öz növbəsində onların əsas iş yeri olan məktəblərdəəllim çatışmazlığı  yaratmaqdan savayı,həm də o müəllimə öyrəşən şagirdlərin nəticələrinə də birbaşa təsir edirdi . Dərsin fasiləsizlik prinsipi pozulurdu .Təzə qərar isə  imkan yaradacaq ki,vakansiya seçimi zamanı müəllim daha məsuliyyətli davransın.

 

Oğuz rayonu Xaçmaz kənd ümumi orta məktəbindirektoru Aynurə Səfərova:

 

"Müəllim bir məktəbdə ən azı 3 ildən çox işləməlidir. Bir müəllim məktəbə adaptasiya olunmur, fikirləşir ki, çıxıb gedəcəm. Bu, uşaqlarda da çaşqınlıq yaradır,çünki hər bir müəllimin öz metodikası, yanaşma tərzi var. İxtisas sullarına 2 bal tətbiq olunma da müsbət haldır, çünki məktəblərə ixtisasını daha yaxşı bilən kadrlar gələcək və bu da öz növbəsində həmin ixtisasın daha yaxşı tədris olunmasına gətirib çıxaracaq.


Yardımlı rayonu Dəlləkli kənd ümumi orta m
əktəbinin direktoru Zaur Abbasov:

 

"Yerdəyişmə biz ucqar kəndlərdə çalışanlar üçün yaralı yer idi. Gənc müəllimlər gəlirdi və yenidən yerdəyişmə edirdilər. Bu gözəl bir addım oldu ki, müəllim ən azı 3 il işləməlidir.Şagirdlər də gənc kadrlara öyrəşirdi, bir il sonra yerdəyişmə onları məyus edirdi. Hər bir müəllimin özünün düşüncə tərzi, yaradıcılıq qabiliyyəti var. Hesab edirəm ki, müəllimlərin yerdəyişməsi ilə bağlı 3 il həddinin qoyulması qərarı çox doğru qərardır. Mən hətta bu həddin 5 il olmasını arzulayardım. Çünki müəllimin işində təkmilləşməsi, formalaşması üçün ən azı 3 il lazım olur. Bundan başqa yeni qərarlar həm də yeni məzunlara qapılar açır. 4 səhvin bir düzü aparması yeniliyi də düzgün qəradır. Düşünürəm ki, bu daha çox məsuliyyət yaradacaq.

 

Ağdam rayon I Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov:

 

Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına edilən dəyişiklik və yeniliklər çox lazımlı qaydalar idi. Həm səhv cavabların düzü aparması sayəsində təsadüflük aradan qalxır, müəllim bildiyi suallara cavab verir. Üç il işləmə məcburiyyəti də müəllimlərin şagirdlərə, şagirdlərin müəllimlərə və müəllim kollektivinin bir-birinə uyğunlaşmasında,rəhbərliklə münasibətlərin tənzimlənməsində çox əhəmiyyətlidir. Əhəmiyyətli yeniliklərdən biri olan şəhid ailələrinə üstünlük verilməsi hər kəsin ürəyindən oldu.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları