Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 17:37:00
DAAD-ın Qafqaz ölkələri üzrə regional əlaqələndiricisi Gebhard Reul AzTU-nun qonağı olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz ölkələri üzrə regional əlaqələndiricisi, DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reulla görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə rektor Vilayət Vəliyev AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığında DAAD-ın fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, AzTU-nun bu istiqamətdə əlaqələri davamlı və məqsədəuyğundur. Daha sonra 2022/2023-cü tədris ilində mübadilə proqramı çəçivəsində alman dili müəlliminin AzTU-da tədrisə cəlb olunacağı barədə müzakirələr aparılıb. Sözügedən əməkdaşlığın univesitetin profilinə uyğun istiqamətlər üzrə davamlı inkişafında AzTU-nun maraqlı olduğu qeyd olunub.

 

DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul AzTU-nun Almaniya universitetləri ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirib.

 

Görüşdə AzTU-nun Almaniya universitetləri ilə birgə həyata keçirdiyi layihələr, perspektiv imkanlar və mübadilə xidmətləri müzakirə olunub. Həmçinin AzTU-nun Brandenburq Texniki Universiteti ilə ikili diplom proqramları və digər uğurlu layihələri haqqında fikir mübadiləsi aparılıb.