Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 16:47:00
Azərbaycan iqtisadiyyatı fənni ilə bağlı təlimlər keçirilir  

Azərbaycan iqtisadiyyatı fənnini tədris edən müəllimlərin təcrübələrinin bölüşdürülməsi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlər keçirilir.

 

Bu barədə AzEdu.az-a UNEC-dən bildirilib. Azərbaycan iqtisadiyyatı fənni müasir, kompetensiya əsaslı dərsliklərə uyğun tam yenilənərək vahid proqram şəklində hazırlanıb.

 

Vahid proqramın auditoriyaya metodiki və praktiki baxımdan keyfiyyətli çatdırılması üçün keçirilən təlimlərdə Azərbaycan iqtisadiyyatı fənnini 4 dildə tədris edən bütün müəllimlərin iştirakı nəzərdə tutulur.