Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 14:22:00
BDU-dan tələbələrinə XƏBƏRDARLIQ  

Bakı Dövlət Universiteti (BDU) tələbə və əməkdaşların müraciət edib.

 

Universitetdən AzEdu.az-a daxil olan müraciətdə deyilir:

 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli qərarı ilə “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda edilən dəyişikliyə əsasən, 2022-ci il 15 fevral tarixindən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.


Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan tələbələrin, həmçinin əməkdaşların 3-cü doza peyvənd sertifikatının və ya immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı əks-göstəriş sertifikatının olması tələb edilir".