Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 13:30:00
UNEC-də yaz semestrində bakalavrların tədrisi hibrid formada keçiriləcək  

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fevralın 16-da başlayacaq yaz semestrində bakalavrların tədrisi hibrid formada keçiriləcək.

 

Bu barədə AzEdu.az -a UNEC-dən məlumat verilib. Bildirilib ki, universitetin Elmi şurasının iclasında yaz semestrində bakalavrların tədrisinin hibrid formada (həftədə 2 gün onlayn, 3 gün oflayn), magistrlərın tədrisinin isə ənənəvi qaydada təşkil olunacağı vurğulanıb.

 

Qeyd olunub ki, fakültələr üzrə dərs cədvəlləri hazırlanaraq tələbələrin şəxsi kabinetlərinə göndəriləcək. Bakalavriat səviyyəsi üzrə imtahanlar test üsulu ilə, magistraturada isə yazılı qaydada keçiriləcək.