Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 13:42:00
Ramiz Mehdiyevin qohumu barəsində 1 aylıq HƏBS QƏRARI  

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka həbs olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Məlumata görə, Nərimanov rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

 

E.Əmirov barəsində çoxsaylı şikayətlər olub. Şikayətlərin əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olduğu deyilir. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

 

E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.