Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 11:30:00
 Sınaq imtahanlarının qiyməti bahadır - Deputatdan tənqid 

"Sınaq imtahanlarının qiyməti bahadır, məbləğ aşağı salınmalıdır”.

 

 Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

O həmçinin bildirib ki, rayonlararası avtobuslarla bağlı da problemlər var: "Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi köhnə qayda ilə aparılmasıdır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir. Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya da yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olardı”.