Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-15 11:15:00
Bakıda şagirdlər arasında kütləvi dava   

Bakıda şagirdlər arasında kütləvi dava baş verən 116 nömrəli tam orta məktəb hadisə barədə açıqlama yayıb. 

 

Məlumatda deyilir ki, 14 fevral tarixində məktəbin iki nəfər X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) arasında dərsdən sonra mübahisə və münaqişə yaranıb. Münaqişə zamanı heç bir şagird xəsarət almayıb və hər iki şagird bu gün dərsdə iştirak ediblər.

 

Məsələ ilə bağlı münaqişədə iştirak edən şagirdlərdən izahat alınıb və onların valideynləri məktəbə çağırılıb. Eyni zamanda məktəbə hüquq-mühafizə orqanlarının nümayəndələri dəvət olunub.

 

Bakıda şagirdlər arasında kütləvi dava olub. 

 görüntülər sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, davada iştirak edən şagirdlər Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 116 nömrəli tam orta məktəbində təhsil alırlar. 

Həmin görüntüləri təqdim edirik:

 
oxu.az