Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 17:46:00
Dövlət Agentliyi: "Peşə məktəblərində axşam qrupları açıla bilər"  

"Peşə məktəblərində axşam qrupları açıla bilər".

 

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru müavini, direktor vəzifəsini müvafiq icra edən Ceyhun Kərəmov deyib.

 

Onun sözlərinə görə, il ərzində peşə təhsili almaq üçün müraciət edənlərin təxminən 5 faizi ali təhsilli şəxslərdir: "Çünki onlar sonradan dərk edirlər ki, aldıqları təhsil əmək bazarının tələblərinə uyğun deyil. Ona görə də texniki biliklər almaq üçün peşə məktəblərinə üz tuturlar. Bunu nəzərə alaraq axşam qruplarının açılmasına şərait yaradacağıq. Axşam qrupları hazırda çalışan vətəndaşlara bilik və bacarıqlarını artırmağa imkan verəcək. Tədrisin qiyabi yox, əyani formada təşkili nəzərdə tutulub".

 

Tədrisin pulsuz və ya ödənişli olacağı barədə hələlik bir məlumatın olmadığını deyib C.Kərəmov əlavə edib ki, bu istiqamətdə araşdırmalar davam edir: "Bütün bunlar qəbul planı təsdiq edildikdən sonra məlum olacaq. Daha çox texniki sahədə kadr hazırlığına üstünlük veriləcək. Yəni, qaynaqçı, elektrik və s".

 

report