Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-14 14:45:00
“Refleksiv müəllim” seminarında dərs icmalı müzakirə edilib  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarı davam edir. Budəfəki seminar kimya fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iştirakçılara S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının kimya müəllimi Mətanət Alırzalının təqdimatı əsasında 7-ci sinif kimya dərsliyində olan “Məhlullar” mövzusu üzrə dərs icmalı təqdim edilib. Layihənin məqsədinə uyğun olaraq müəllimlər əvvəlcə icmalı müzakirə ediblər, daha sonra ardıcıl olaraq dərslə bağlı sual, qeyd və təkliflərini bildiriblər. Yekunda isə birgə fikir mübadiləsi aparmaqla dərsin daha səmərəli, uğurlu icmalı hazırlanıb.

 

Qeyd edək ki, daha təkmil formada hazırlanan dərs icmalları müxtəlif fənn müəllimlərinin yararlanması üçün müvafiq platformalarda yerləşdirilir.

 

Ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilən “Refleksiv müəllim” seminarının məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək, imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.