Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-11 10:00:00
"UNEC işəgötürənlər qarşısında öhdəlik götürür"-Ədalət Muradov

Məzunlarının işə qəbul edilməsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNE) işəgötürənlər qarşısında öhdəlik götürür.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edib.

 

“Belə ki, işə götürüldüyü tarixdən 3 il müddətində işəgötürən tərəfindən UNEC məzununun hər hansı zəif bilik və bacarıqları aşkarlanarsa, işəgötürənin sifarişi əsasında həmin zəif bilik və bacarıqların UNEC tərəfindən və UNEC hesabına aradan qaldırılması təmin edilir”, - deyə rektor qeyd edib.