Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-10 17:41:00
Prezidentin yeni təyin etdiyi şəxslərin TƏHSİL HƏYATI

 

 

 

Bu gün Prezident İlham Əliyev vacib sərəncamlar imzalayıb.

 

Belə ki, Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib və o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

 

SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.
 

Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.

 

Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

 

Prezidentin digər sərəncamı ilə E.Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

 

AzEdu.az  yeni təyin olunan şəxslərin təhsil həyatlarını təqdim edir:

Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.


1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.


2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.


Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

 

Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983–1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev, 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cı ildə həmin institutu bitirib.

 

Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.

 

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni bakalavr, 2006-cı ildə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirib, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2009-cu illərdə Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları