Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-09 14:38:00
BANM-ın komandası Neftçi Mühəndislər Cəmiyyətinin müsabiqəsində qalib olub

Neftçi Mühəndislər Cəmiyyətinin Bakı Ali Neft Məktəbi (SPE BHOS) bölməsi Neftçi Mühəndislər Cəmiyyətinə üzvlük müsabiqəsinin (SPE Membership Competition) finalçısı olub. Bakı Ali Neft Məktəbinin komandası hər il dünyadakı 400-dən çox dünya tələbə təşkilatı arasında keçirilən bu yarışa qatılaraq ilk dəfə finalçı adını qazanıb və dünya üzrə üzvlük hüququ əldə edən 20 universitetin təşkilatı arasına daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu münasibətlə SPE-nin 2022-ci il üzrə prezidenti Kamel Ben Naceur BANM komandasına təbrik məktubu göndərib. Məktubda komandanın üzvlüklə bağlı tələblərə yüksək səviyyədə cavab verdiyi bildirilib və onun fəaliyyəti yüksək qiymətləndirilib.

 

BANM-in SPE komandasında Ali Məktəbin tələbələri - Taliyə Məmmədhəsənzadə, Vaqif Məmmədzadə, Afaq Həşimova, Fərid Hüseynli, Xalid Orucov, İsa Rufullazadə, Ayşən Zülfiyeva, Şəmsi Mürsəlli, Zəhraxanım Əliyeva, Almaz Heydərova, Nicat Səfərəliyev, Hüseyn Abızadə, Gülüstan Kərimova, Fərhad Ağayev, Mədinə Ziyadxanova, Firuzə Əzizova təmsil olunurlar.

 

Qeyd edək ki, akademik ilin ilk rübü ərzində keçirilən bu yarışda təşkilatın cəlb etdiyi üzv sayı, təşkil etdiyi yarışmalar, kurslar, sahə gəzintisi, üzvlərinin inkişafına dəstək olması parametrləri nəzərə alınır.