Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 11:17:00
Magistraturaya sənəd qəbulu davam edir  

Magistraturaya sənəd qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 1-dən başlayıb və fevralın 10-u saat 23:59-dək davam edəcək.

 

Fevralın 7-si saat 09:00-a olan məlumata əsasən, 7794 bakalavr ərizəsini təsdiqləyib (Azərbaycan bölməsi - 7097; rus bölməsi - 697).

 

 

Sənəd qəbulunda iştirak etmək istəyənlər ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği oradakı hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları epayment.dim.gov.az internet səhifəsində verilib.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

İmtahan 2022-ci il fevralın 20-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır