Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-07 10:36:00
DİM-də coğrafiya fənnindən hazırlıq kursu keçirilib

Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursu onlayn həyata keçirilib.

 

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Moderator – Nərminə Seyfullayeva qiymətləndirmə vasitələrinin tipi, formaları və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimat edib. Beləliklə, kursun birinci mərhələsi başa çatıb.

 

Sonra moderator iştirakçılara ev tapşırığı verib. Ev tapşırıqları hazırlıq kursunun ikinci (praktik hissə) mərhələsində müzakirə olunacaq. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Hazırlıq kursunun sonuncu mərhələsi cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM-in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə yaşadığı əraziyə yaxın DİM-in Regional bölməsində keçməlidirlər.

 

Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Sertifikat almış şəxslər gələcəkdə DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.