Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-11 11:27:00
Türkiyədə suriyalı məktəblilər üçün kurslar təşkil olunub

İzmir şəhərində Türkiyəyə sığınan suriyalı uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirmək və dil bilgilərini artırmaq məqsədilə kurslar təşkil olunub.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, kitabxana işçiləri şəkilli və əyləncəli kartlarla uşaqlara gün ərzində Türkiyədə ən çox istifadə olunan atalar sözlərini və onların mənalarını izah edirlər. Kurs yalnız suriyaları uşaqlar tərəfindən deyil, Türkiyə ictimaiyyəti tərəfindən də böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən kurslar tamamilə ödənişsiz həyata keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları