Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-03 10:18:00
Qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantlarının müzakirəsi aparılıb  

Fevralın 2-də fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az -a bildirilib ki, hər iki fənn üzrə iclaslarda gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq variantının müzakirəsi olub.

 

Müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

İşçi qruplarının növbəti iclasları fevralın 9-da olacaq.