Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 09:50:00
AzEdu Academy ilə qrant müsabiqəsində qalib ol- Müəllimlər üçün tam fərqli və faydalı təlim

Təhsil Nazirliyi tərəfindən elan edilən  "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” üzrə layihələrin qeydiyyatına start verilib.

 

Müsabiqəyə təqdim edilən layihələrin əvvəllər təqdim edilməyən orijinal ideyaya əsaslanması, inkişafyönümlü və innovativ xarakterli olması əsas şərtlərdəndir.

 

Layihələrin seçiminin şəffaf aparılması məqsədilə müsabiqəyə təqdim edilən bütün layihələr Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş ekspertlər tərəfindən eyni formada yoxlanılır.

 

 

AzEdu Academy bu münasibətlə müsabiqəyə müraciət edən şəxslər (layihə müəllifləri) üçün  xüsusi təlimlər təşkil edir.

 

 

Peşəkar və təcrübəli  mütəxəssislər tərəfindən keçiriləcək  həmin təlimlərdə müəllim və məktəb idarəçilərinin ən çox bilmək istədikləri və onlara daha vacib olan meyarlar öyrədiləcəkdir.

 

Təlim proqramında qrant müsabiqələri üçün layihələrin yazılışı, xərclər smetasının hazırlanması, icra planının tərtibi, layihənin idarəolunması və hesabatların hazırlanması istiqamətində məsələlər öz əksini tapıb.

 

Təlimlərdə tam orta ümumi təhsil müəssisələrinin rəhbər heyəti və bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

 

Təlimlərimiz 6,7 fevral tarixlərindən başlayaraq, mütəmadi olaraq, əyani və region müəllimləri üçün Online formada   təşkil olunacaqdır.

 

Təlimlər ödənişlidir.

 

Təlimlərdə iştirak etmək, və yaxud əlavə konsultinq xidməti istəyənlər bizimlə əlaqə saxlaya bilərlər .

 

Əlaqə nömrələri:

051-329-48-78

012-480-15-93

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları