Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-24 12:00:00
“SABAH” Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat başa çatır

“SABAH” Karyera Akademiyası çərçivəsində artıq altıncı dəfə təşkil edilən “SABAH” Karyera Qış Məktəbində iştirak üçün qeydiyyat prosesi başa çatır.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “SABAH” Karyera Qış Məktəbində iştirak etmək istəyən tələbələr yanvarın 25-dək Təhsil Nazirliyinin saytındakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Qış məktəbində tələbələr “SABAH” Karyera Akademiyasının tərəfdaş şirkətlərindən olan peşəkar təlimçilərdən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənmək imkanı əldə edəcəklər.

 

Qeyd edək ki, “SABAH” Karyera Qış Məktəbi fevralın 9-dan 11-dək Şamaxıda təşkil olunacaq. Qış məktəbi müddətində tələbələr nəqliyyat, yaşayış və qidalanma, təlim materialları ilə təmin olunacaqlar.