Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-17 15:12:00
Məktəblərdə  20 Yanvar  faciəsinə həsr olunan  xüsusi dərslər keçiriləcək -Nazirdən əmr 

 

Ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində yanvarın 19-u 20 Yanvar faciəsinin otuz ikinci il dönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

 

Əmrdə həmçinin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin, “dəyirmi masa”ların, kitab, foto və rəsm sərgilərinin, eyni zamanda ədəbi-bədii kompozisiyaların təşkil edilməsi tapşırılıb.