Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-13 14:13:00
Ötən il 5 mindən çox dördüncü sinif şagirdi beynəlxalq qiymətləndirmədə iştirak edib

2021-ci ildə Azərbaycan PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə üzrə 52 region, 200 məktəb, 200 nəfərdən çox müəllim, 5300-ə yaxın 4-cü sinif şagirdi qiymətləndirməyə qatılıb.

 

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat) 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən beş ildən bir təşkil olunur.