Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-12 15:18:00
Şagirdə fiziki zorakılıq göstərib,  nalayiq ifadələr işlədən müəllim məsuliyyətə CƏLB OLUNDU

Paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb.

 

AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub.

 

Belə ki, həmin məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

 

Bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası məlumat verib.

 

Qeyd edib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb, şagirdlərin gözü qarşısında qızın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları