Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 17:21:23
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

 

AzEdu.az-ın  məlumata görə, layihənin parlamentin Səhiyyə komitəsinin yaz sessiyasının işlər planına daxil edilməsi nəzərdə tutulub.

 

Belə ki, komitənin yanvarın 19-da keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.

 

Xatırladaq ki, qanun layihəsi Milli Məclisin 2021-ci il yaz və payız sessiyasının qanunvericilik işləri planına daxil edilsə də, müzakirəyə çıxarılmamışdı. (report)