Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-11 15:51:00
DİN internet asılılığı ilə bağlı valideynlərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.

 

DİN-dən AzEdu.az-a daxil olan müraciətdə deyilir:

 

"Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:

 

- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;

 

- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;

 

- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;

 

- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;

 

- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;

 

- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.

 

Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!"