Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 15:34:00
Döyülən şagirdlər, cəzalanan direktor, yeni tədris ili-Ötən həftəyə baxış


AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə  3-9 yanvar tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb:

 

Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.

 

Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.

 

DİM magistraturaya qəbul qaydalarını açıqlayıb:

 

Jurnalda Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.

 

Astaranın Diqo kəndində yeni məktəb tikiləcək:

 

Bu il tikintisi planlaşdırılan modul tipli məktəblərin siyahısına Diqo kənd məktəbinin də adı təqdim olunacaq.

 

Bakıda yanğın baş verən məktəbdə tədris bərpa olunub:

 

Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

 

Bakıda direktorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır:

 

Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

 

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək:

 

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin əmrinə əsasən, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.

 

Tələbə adı qazanmış qazi və şəhid ailəsi üzvlərinə ödənilən vəsaitin miqdarı məlum olub:

 

Ötən il ali məktəblərə qəbul olunan və “YAŞAT” Fondu tərəfindən birdəfəlik ödənişlərin verildiyi şəhid ailəsi üzvlərinin və qazilərin sayı məlum olub.

 

Məlumata görə, bu istiqamətdə ümumilikdə 82 min manat xərclənib.

 

İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib:

 

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları