Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-10 13:36:00
Şagirdin döyülməsi niyə bu qədər səs-küy yaratdı? - Mediamız  daha çox sensasiyaya üz tutur"  

 

“Məktəbdə baş verən insidentin mətbuatda geniş yayılması və ajiotaj doğurması düzgün deyil”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib.

 

Belə ki, son günlər mətbuatda 9 nömrəli məktəbin direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması ilə bağlı informasiyalar yayılır.

 

Yaranan vəziyyətdə medianın hansı mövqedə durması ilə bağlı Qulu Məhərrəmlinin fikirlərini öyrəndik:

 

“Hesab edirəm ki, media elə platforma deyil ki, cəmiyyət və məişətdə nə baş verirsə, onun hamısını işıqlandırsın. Onun yalnız bir missiyası var. Bəzən elə situasiyalar yaranır ki, məlumatı verməmək onu yayımlamaq  daha effektiv olur. Əgər həqiqətən, direktor şagirdi döyübsə, bu, çox pis hadisədir. Bu məlumatı bütün məktəblərdə direktor və müəllimlərin şagirdləri döyür deməsi ilə ümumiləşdirmək olmaz. Bəlkə də, təhsillə bağlı ixtisaslaşan media bunu yaza bilər, lakin bütün universial mətbuat qurumlarının informasiyanı işıqlandırması hesab edirəm ki, qeyri-peşəkar addımdır. Bunula bağlı analitik yazı ilə çıxış etmək olar. Ekspert məsələ ilə bağlı rəy verə bilər. Problemin qoyuluşuna  diqqətlə yanaşmaq lazımdır. Çox təəssüf  ki, bizim media daha çox sensasiya və sarı mətbuata üz tutur. Bəzi hallarda nə gəldi, necə gəldi informasiya verilir. Məktəbdə baş verən insident və normadan kənara addım şübhəsiz ki, diqqəti cəlb edir, amma bu cür hadisələrin geniş yayılmış və qeyri-tipik olması və ajiataj yaradılması doğru deyil və heç də xeyirxah məqsəd daşımır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları