Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-09 17:08:00
Daşkəsən şəhər ümumtəhsil məktəblərində rəqəmsal bacarıqlarla bağlı layihə həyata keçirilib

 

 

Rəqəmsal bacarıqlar, rəqəmsal istedadlılıq və rəqəmsal yaradıcılıq son on ildə çox populyar bir anlayışa çevrilməkdədir. Rəqəmsallaşma və rəqəmsal dəyişmənin təsirləri hər bir sahədə olduğu kimi təhsil sahəsində də geniş hiss olunur. Belə ki, artıq bu rəqəmsal dəyişiklik geri dönüşü olmayan bir yola qədəm qoymağa başlamışdır. Bugün korona virus ilə qarşı-qaşıyayıq və demək olar ki, hər iş uzaqdan, rəqəmsal və elektron şəkildə aparılır və idarə edilir. Belə bir vəziyyətdə, rəqəmsal təhsildən danışarkən "rəqəmsal istedadlılıq və yaradıcılıq" əvvəlkindən daha çox diqqəti çəkməyə başlayır. COVID-19 virusunun yayılması ilə sözün əsl mənasında müasir İKT bilik və bacarıqların təkmilləşdirilməsi dövrünə qədəm qoymuşuq. İKT bilik və bacarıqlarına mükəmməl yiyələnməyin bünövrəsi məhz orta məktəbdən başlayır. Şagirdlər bu gün rəqəmsal dünya ilə sıx əlaqədə böyüyürlər. Bu gün hər bir şagirdin kompüter texnologiyası ilə qarşılıqlı əlaqədən aktiv yaradıcılığa keçməsi çox vacibdir.

 

AzEdu.az xəbər verir ki,layihə çərçivəsində Daşkəsən şəhər ümumtəhsil  məktəblərindən təlimlərə ümumilikdə 45 nəfər şagird cəlb olunmuşdur. Layihə müddətində şagirdlərə Digital (rəqəmsal) yaradıcılıq, Alqoritmik düşünmə, “PYTHON” Proqramlaşdırma dili, Animasiyalar üçün kodların yazılması, Digital (rəqəmsal) oyunların dizaynı mövzularına aid təlimlər keçirildi. 


Keçirilən təlimlərdə
şagirdlər bu mövzular üzrə təlimdə iştirak edərək Digital (rəqəmsal) yaradıcılıqda İKT alətləri vasitəsilə məzmun yaradaraq, özünü yaradıcı şəkildə kəşf etmək və ifadə etmək bacarığını formalaşdırdı. Alqoritmik düşüncə tapşırığını yerinə yetirmək üçün alqoritmlərin, yəni addım-addım təlimatların işlənməsini öyrəndilər. Şagirdlərə alqoritmik düşüncədən istifadə etməyi öyrətmək onları novator şagird olaraq yetişdirdi. “PYTHON” proqramlaşdırma dilində şagirdlər kodları asanlıqla başa düşərək yazmaqla istədikləri tətbiqetməni yarada bildilər. Şagirdlər animasiya kodları sayəsində yaradacaqları oyunlara animasiyalı şəkilləri yerləşdirə bildilər. Digital (rəqəmsal) oyunların dizaynı sahəsini öyrənmələri isə oyun və tətbiqetmələr yaratmaq üçün şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirərək reallığa çevrildi.


T
əlimlərin  sonunda  şagirdlərin  fikir və düşüncələri haqqında  onlayn sorğu yəni təlimlərin qiymətləndirilməsi aparıldı.


Sonda təlimlərdə fəal iştirak edə
n şagirdlərə sertifikatlar təqdim edildi.

 

Fərdi kateqoriya üzrə

 

Layihənin adı: Yaradıcı Kodlaşdırma

 

Layihənin rəhbəri : Şirinova Günel Əli qızı

 

İşlədiyi ümumi təhsil müəssisəsinin adı və vəzifəsi:Daşkəsən rayonu Qaratağlar kənd ümumi orta məktəbin müəllimi

 

Layihənin icra müddəti: 15.09.2021-15.12.2021


Layihənin məqsədi
: Daşkəsən rayon mərkəzində yerləşən məktəblərdə təhsil alan şagirdlərə rəqəmsal kodlaşdırma üzrə bilik, bacarıq və səriştələr aşılayaraq texnoloji savadlılıq sahəsi üzrə yaradıcı şagird formalaşdırmaqdır.