Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 13:55:00
İstedadlı şagirdlər üçün eksternat qaydasında imtahan təşkil olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.

 

Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, eksternat imtahanı yanvarın 7-də təşkil olunacaq.

 

Ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş şagirdlərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Eyni zamanda, test imtahanından uğurla keçən istedadlı şagirdlərin müxtəlif fənn proqramlarını mənimsəmə səviyyəsi, psixoloji sağlamlığı, yaradıcı potensialı və ümumi dünyagörüşü də yoxlanılacaqdır.