Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 10:24:00
Müəllimdən qan xərçəngi olan şagirdi ilə bağlı müraciət :"Yardım edin..."

Qaradağ rayon Qobustan qəsəbəsi Yusif Əliyev adına 195 saylı tam orta məktəbin ibtidai sinif müəllimi  Aynur Qarayeva şagirdi Bayramın qan xərçəngindən əziyyət çəkməsini ictimaiyyətin diqqətinə çatdırır.

 

AzEdu.az xəbər verir ki, Əliyev Bayram Qalib oğlu 30 sentyabr 2012–ci ildə Qradağ rayonu Qobustan qəsəbəsində anadan olub. 2015–ci ildə Bayramda kəskin leykoz, yəni qan xərçəngi aşkarlanıb. 2018-ci ildə böyük bacısının donorluğu ilə sümük iliyi tranplantasiya olunub.  2019–cu ilin dekabrında Bayramda ağırlaşma müşahidə olunub. Müayinələrdən sonra onda nevro-leykoz olduğu aşkarlanıb. Hazırda toto şüalanma olmalıdır ki, o da ancaq xaricdə mümkündür və ailənin imkanları xaricindədir. Birinci əməliyyat 200 minə başa gəlib və pulu ailə yük maşınlarını sataraq həll edib. Amma onlar  yenə də əlindən gələn son qəpiyi Bayramın müalicə və müayinəsinə xərcləyir. Blans artmasının qarşısı alınır.

 

Onun müəllimi Aynur xanım qeyd edir ki, sinif yoldaşları Bayramı görmək və onunla birgə vaxt keçirmək istəyirlər:

 

“Bayramın sinif yoldaşları onu görmək üçün görüşə  gediblər. Əslində müəllim olaraq, sinifdə 10 nəfərin qoşulub, 10-nun kənarda qaldığı, hamının maddi imkanlarının çatmadığı tədbirlərin əleyhinəyəm. Qoşula bilməyən uşaqların kədəri qoşulanların sevincindən çoxdur. Müəllim sinifdə elə tədbirlər keçirməlidir ki, hamı qoşula bilsin. Bu səbəbdən Bayramla görüşə getməyə hamı qoşula bilmişdi. İmkanları daxilində hədiyyələr almış, məktublar yazmışdılar”.