Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-05 09:50:00
Uşaqlar arasında "Omicron"a yoluxma artır

ABŞ-da uşaqlar arasında koronavirusun “Omicron” ştammı surətlə yayılır.

 

AzEdu.az xarici KİV-ə istinadən bildirir ki, Amerika Pediatriya Akademiyası son bir həftə ərzində yoluxmanın 64 faiz artığını açıqlayıb.

 

Açıqlamada qeyd edilib ki, ölkədə məktəblərin açıldığı sentyabr ayının ilk həftəsindən 2,8 milyondan çox uşaqda koronavirus testinin cavabı müsbət olub.

 

Amerika Pediatriya Akademiyası hesabatında koronavirusa yoluxan uşaqlarda ciddi bir xəstəliyin aşkar edilmədiyini bildirsə də, bunun uzun müddətdən sonra uşaqlara necə təsir edəcəyinə dair kifayət qədər məlumatın olmadığı qeyd edilib.

 

Qeyd edək ki, ABŞ-da dekabrın 30-na olan məlumata görə, 325 mindən çox uşaq koronavirusa yoluxub.