Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-31 12:12:00
Buraxılış imtahanlarında uğur qazanmaq üçün vacib vəsait təqdim edildi

Dünya Müəllimi Mükafatının (The Global Teacher Prize) 50 ən yaxşı müəllimlərindən biri olan və təcrübəli repetitor Məhəmməd Qarakişiyev və tanınmış repetitor, təhsil eksperti Raqif Mərdanov abituriyentlər, müəllim və xarici dil öyrənmək istəyənlər üçün yeni Buraxılış-3 kitabını təqdim ediblər. Qeyd edəkki müəlliflərin bundan əvvəl eyni model-proqram əsasında iki kitabı işiq üzü görmüşdür.

 

AzEdu.az həmin kitablarin hər üçü haqqında şagird və müəllimlərə hansı töhfələri verəcəyi ilə bağlı Raqif Mərdanov və Məhəmməd Qarakişiyevin fikirlərini öyrənib.
Hər üç vəsait yeni imtahan modelinə uyğun tərtib olunaraq, kurikulum əsasında hazırlanıb. İngilis dili üzrə Buraxılış imtahanına hazırlıq zamanı yaranan çətinlikləri aradan qaldırılmaq üçün şagirdlərə kömək edəcək Buraxılış-1, Buraxılış-2 və Buraxılış-3 kitablarının hər birinin öz özəlliyi var. Başqa sözlə desək kitablarımızdakı heç bir mövzu digərinin təkrarı deyil. Səsləndirmə isə mütəxxəsislər tərəfindən səsyazma studiyasında yazılıb. Buraxılış-1 kitabının üstünlükləri:
1.Kitabdakı dinləmə və oxu mətnlər asan, orta və çətin səviyyədə tərtib edilmişdir.
2.Şagirdlər öz biliklərini yoxlamaq üçun kitabdakı model testlər-sınaq tipli düzülüşdən yararlana biləcəklər. Yəni bu nəşrdə hər abituriyentlərin özlərini yoxlamaq üçün sonda Buraxılış imtahanı modelinə uyğun - 6 dinləmə,16 qrammatika və 8 oxu- testlərindən ibarət olaraq tərtib olunmuşdur.
Buraxılış-2 Vəsaitin üstünlükləri:
1.Şagirlərin söz bazasının təkmilləşdirilməsi üçün mətnlərdən əvvəl onların əsas sözləri, sinonimləri və onlara aid nümunə cümlələr verilmişdir.
2.Əlavə olaraq öz sözlərinlə cavab yaz” tipli sualların izahı cavab kartlarından verilmişdir.
3. Buraxılış-3 kitabı isə 150 Unit-dən ibarətdir. Buraxılış-3 yeni nəşr kitabımızda tam fərqli mətnlər və səsləndirmə ilə digər iki kitabdan tam fərqli olaraq amma tam buraxılış imtahanı modelinə uygun tərtib edilmişdir. Kitabımızda həm milli həm də digər öyrədici mővzular verilmişdir.


Buraxılış-3 Vəsaitinin üstünlükləri:
1.Suallar imtahan Modelində olduğu kimi 30 sualdan ibarətdir.Altı dinləmə sualı, 16 qrammatika sualı və 8 oxu testləri verilmişdir.
❇️“ Öz sözlərinlə cavab yaz” tipli sualların izahı


Həmçinin müəllim və abituriyentlərdən xahiş edirik ki,
Disksiz kitab almasınlar və kitabı alarkən onun saxta olub olmadığını satıcıdan soruşsunlar.Saxta kitablardan istifadə etməməyinizi xahiş edirik.