Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 11:28:00
Aqrar sığorta eksperti sertifikatı almaq istəyənlər üçün imtahanın II mərhələsi keçirilib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 29-da aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib.

 

ADİM-dən AzEdu.az-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan DİM-in Nəsimi rayonu, A.Salamzadə, 28 ünvanında yerləşən binasında elektron qaydada kompüterlər vasitəsilə keçirilib.

 

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə nəticələrinə dair arayış təqdim olunub.

 

II mərhələ üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçən 8 namizədin hamısı imtahana gəlib. Onlardan 6 nəfər 84 və daha yüksək bal toplayaraq imtahandan uğur qazanıb. 3 nəfər kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə, 3 nəfər isə kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı əldə edib.

 

Qeyd edək ki, imtahanın II mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası dekabrın 30-da saat 10:00-dan 13:00-dək DİM-də də fəaliyyət göstərəcək. (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299)