Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-30 09:35:00
DİM-də fizika və rus dili fənləri üzrə işçi qruplarının iclası keçirilib  

Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 29-da fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, fizika fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ 2021-ci ildə ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunan tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, nominasiya və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlara dair metodik tövsiyə hazırlanması qərara alınıb. Hazırlanacaq tövsiyə “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

 

Rus dili (tədris dili) fənni üzrə işçi qrupun iclasında isə onlayn sınaq imtahanı üçün tapşırıqlar müzakirə edilib.

 

Müzakirələr zamanı tapşırıqların müvafiq fənn kurikulumunun təlim nəticələrinə uyğunluğuna xüsusi diqqət yetirilib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qruplarının növbəti iclası gələn il yanvarın 5-də olacaq.