Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 16:09:00
Əmək pensiyalarının minimum məbləği artırıldı - SƏRƏNCAM

“Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

 

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

 

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

 

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.