Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 11:49:35
 Bakı meriyası 4 məktəbin inşasına və təmirinə 28 milyon manat xərcləyəcək      

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 saylı tam orta məktəbin əlavə 15 sinif otaqlı korpusunun tikintisi (1), həmin məktəbin əsaslı təmiri (2), Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsindəki 263 saylı tam orta məktəbin ikimərtəbəli korpusunun və birmərtəbəli keçidlərinin sökülərək yeni korpuslarının inşası (3), Nəsimi rayonunun Abbas Zamanov küçəsindəki 35 nömrəli tam orta məktəbin köhnə koprusunun sökülərək yenisinin inşası (4), Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 87 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək 1 752 şagird yerlik yeni korpuslarının tikintisi (5) ilə bağlı elan etdiyi 5 açıq tenderə yekun vurub.

 

dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri “Planet Construction” (1-2), “Hidro Construction” (3), “Kəçər İnşaat” (4) və "GM Construction" (5) MMC-lərdir.

 

Qalib şirkətlərə müvafiq olaraq 1,325 milyon manat, 3,828 milyon manat, 11,643 milyon manat, 2,842 milyon manat və 8,469 milyon manat, ümumilikdə isə 28,107 milyon manat ödəniləcək.

report