Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-28 09:20:00
DİM vlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb  

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.

AzEdu.az xəbər verir  ki, yanvarın 23-də dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.

Fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup), dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı təşkil olunacaq. Fevralın 20-də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) olacaq.

Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı fevralın 27-nə müəyyənləşdirilib. Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanının isə fevralın 28-də keçirilməsi nəzərdə tutulub.

Yanvarın 8-i və 22-də, fevralın 12-si və 19-da TOEFL imtahanı təşkil ediləcək. Yanvarın 9-u və fevralın 4-də GRE, yanvarın 29-da isə TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək.