Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-26 12:00:00
NASA "James Webb” teleskopunu kosmosa göndərdi

Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) yeni nəsil “James Webb” teleskopunu kosmosa buraxıb.

AzEdu.az “CNNTurk”ə istinadən xəbər verir ki, bu teleskopun kosmosa buraxılması 2021-ci ilin martından sonra dəfələrlə təxirə salınıb.

Teleskopun kabellərində nasazlıq səbəbindən onun buraxılması təxirə salınırdı.

NASA-nın Avropa və Kanada kosmik agentlikləri tərəfindən reallaşan layihə 10 milyard dollara başa gəlib. Teleskopun 1990-cı ildən buraxılması nəzərdə tutulub.

Onun vasitəsilə 13,7 milyard il əvvəl olmuş “Böyük partlayış"dan sonrakı kainatın 200 milyon il sonrakı vəziyyətini araşdıra biləcək. Raketin 2019-cu ildə buraxılması nəzərdə tutlmuşdu, ancaq xətalara görə onun uçuşu 2021-ci ilədək təxirə salınmışdı. Teleskop Cənubi Amerikanın şimal sahillərindən, Fransa Qvianasından “Ariane” raketi ilə buraxılıb.