Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-26 11:27:00
Lütfi Zadə adına beynəlxalq olimpiadada Azərbaycan məktəbliləri 10 medal qazanıblar

Dünyaşöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiadanın qalibləri məlum olub.


AzEdu.az olimpiadanın Təşkilat Komitəsinə istinadla xəbər verir ki, olimpiadanın riyaziyyat və informatika fənləri üzrə yarışlarına 18 ölkədən 158 məktəbli qatılıb. İştirakçılara informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş 17 bürünc medal təqdim edilib. Azərbaycan məktəbliləri bu olimpiadada riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə isə 4 bürünc medal qazanıblar.
Xatırladaq ki, dekabrın 20-də olimpiadanın onlayn formatda açılış mərasimi, dekabrın 22-də riyaziyyat, dekabrın 23-də informatika fənni üzrə yarışlar keçirilib. Riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt, informatika fənni üzrə isə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd görkəmli alim Lütfi Zadə və onun elmə verdiyi töhfələr barədə dünya məktəblilərini daha çox məlumatlandırmaq, ayrı-ayrı ölkələrdən olan istedadlı gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etmək, məktəblilərdə riyaziyyat və informatika fənlərinin dərindən öyrənilməsinə maraq yaratmaqdan ibarətdir.