Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-25 11:50:00
Müəllim və şagirdlər arasında viktorina - Qaliblərə hədiyyələr verildi

"Azersun Holding" şirkətlər qrupu "Final" çayları ilə birgə 62 nömrəli məktəb-liseydə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Final çayları üzrə marka rəhbəri Ayaz Abdullayev, Marketinq şöbəsinin mütəxəssisi İrem Bilge və Nizami rayon YAP təşkilatından qonaqlar iştirak edib.

 

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) icazəsilə keçirilən tədbir zamanı müəllimlər, şagirdlər və valideynlər arasında Azərbaycan filmlərindən səhnəciklər təqdim edilib.

 

Eyni zamanda, tədbirdə cənab Prezident İlham Əliyevin 60 illik yubileyi ilə bağlı şagirdlər çıxış ediblər, vətənpərvərlik ruhunda musiqilər və Xudayar təsnifini səsləndiriblər. Daha sonra üç nominasiya üzrə viktorina təşkil edilib. Qaliblərdən ikisi şagird, biri müəllim olub. Birinci yerin qalibinə 150 manatlıq "Bazarstore" kartı, ikinci yerin qalibinə 100 manat, üçüncü yerin qalibinə isə 50 manat dəyərində hədiyyələr verilib.

 

Sonda tədbirdə iştirak edən 83 nəfərə "Final" çayları tərəfindən hədiyyələr təqdim olunub.