Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 10:36:00
Misir Mərdanovdan sonra təhsil sisteminə pedaqoqlar yox, menecerlər rəhbərlik edib- Akif Aşırlı

  

“Ölkənin tərəqqisi, tənəzzülü təhsildən başlayır.Təhsil sisteminin ölü vəziyyətinə baxıb ağlamaqdan, giley - güzar etməkdən başqa əlacımız yoxdur”

 

AzEdu.az xəbər verir ki, bunu "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, jurnalist Akif Aşırlı qeyd edib.

 

Jurnalist təhsildə yaranan problemlərin səbəblərinə diqqət çəkib:

 

“Müstəqilliyin bərpasından 30 il keçib, hələ ortaya Milli təhsil stategiyası qoyulmayıb ( bəlkə də kağız üzərində var ), ənənələr qırılıb, yeni məktəb, müəllim, direktor obrazı üçün konkret formullar yoxdur. Dərsliklər necə gəldi yazılır, hərə bir yanaşma ortaya qoyur, xaotiklik burdan doğur. Misir Mərdanovdan sonra təhsil sisteminə rəhbərlik edənlər menecerlər olub, təhsil təşkilatçısı, pedaqoqlar yox, aşınma, dağılma prosesi ordan başlayır. Gənclərin iş başında olması mütərəqqi haldır, bəlkə biz islahatların istiqamətində gəncləşmə yox, yeniləşməni aparmalıyıq”.

 

Təhsil nazirinin islahatlarına diqqət çəkən jurnalist, bu istiqamətdə komandanın vacibliyini vurğulayıb:

 

Emin Əmirullayev özündən əvvəlkilərdən fərqlidir, hiss olunur ki, islahat aparmaq istəyir, islahatçı obrazını əyninə biçmək həvəsindədir. Alınmır, çünki gücü yetmir, hədəflər bəlli, aydın deyil, bu islahatı aparacaq əhatəli komandası yoxdur”-deyə o qeyd edib.Komandanı formalaşdırmaq asan məsələ deyil, əvvəlki menecerlərin qoyduqları kadrlar təhsil sistemindən çox uzaqdılar, əksəri hüquqşünas, iqtisadçıdır, onlar təhsilə ayrılan vəsaitin bölüşdürülməsinin  "ədalətli" həllindən başqa bir şey bilmirlər”

 

Son olaraq isə o,-“Belədir, ənənələr tar - mar edilib, gələcək isə müəmmalıdır. Yoxsa, məktəblərdə pul yığımı barədə söylənilənlərin ucundan yapışmaqla bir şey çıxmayacaq”-deyə qeyd edib.