Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 10:24:00
Azərbaycana qış gəldi  

Azərbaycana qış fəsli qədəm qoydu.

 

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a bildirilib ki, bu il qış fəsli ölkəmizdə dekabrın 21-i saat 19:59–dan başlanıb. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə edilir. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olur.