Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 16:30:00
DİM-də bu fənlər üzrə onlayn sınaq imtahanı üçün tapşırıqlar müzakirə edilib  

Dövlət İmtahan Mərkəzində ədəbiyyat, ingilis dili və kimya fənləri üzrə işçi qrupların iclasları keçirilib.

 

AzEdu.az xəbər verir  ki, iclaslarda onlayn sınaq imtahanı üçün tapşırıqlar müzakirə edilib. Müzakirələr zamanı materialların müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğuna xüsusi diqqət yetirilib. Müzakirələrdə bildirilmiş fikir və təkliflər nəzərə alınıb.

 

Növbəti iclaslar dekabrın 27-28-də keçiriləcək.