Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 10:37:00
Bakıda XII sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb  

Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

 

AzEdu.az xəbər verir ki, idarənin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur.

 

Qeyd olunub ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.