Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 10:27:00
Bakıda avtomobil məktəblini vurub öldürdü 

Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Hadisə paytaxtın Binəqədi rayonu, Fatmayı bağları massivində qeydə alınıb.

2002-ci il təvəllüdlü Fəxri Xubyarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Ömər Ələsgərovu vurub. 8 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

redaktor.az